Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisindəki çay evlərinin birində kazino-qumarxana təşkil edildiyi müəyyən edilmişdir

17.02.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisindəki çay evlərinin birində, şəhər sakini Rəşad Vəliyevin "on line" sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilmişdir. Oraya baxış zamanı 12 kompyuter dəsti, 1 ədəd modem, 1 ədəd möhür, hesabatların aparıldığı 4 ədəd jurnal və 457 manat məbləğində uduşa qoyulmuş pul aşkar olunaraq götürülmüşdür.