"112" xidmətinə zəng edərək yalan məlumat vermiş şəxs saxlanılmışdır
17.02.2013Fevralın 17-də saat 16.00 radələrində, Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng etmiş naməlum şəxs "Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar" deyərək telefonu qapamışdır. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, təsdiqini tapmamışdır. Araşdırmalar zamanı zəng edən şəxsin Masallı rayonunun Qızılavar kənd sakini Rəşadət Əzizov olması müəyyən edilmiş və o, saxlanılmışdır.