Sumqayıt şəhəri ərazisindəki internet klubların birində kazino-qumarxana təşkil olunması müəyyən edilmişdir
17.02.2013Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbəsi ərazisindəki internet klubların birində, qəsəbə sakini Alı Rəsulovun "online" sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilmişdir. Oraya baxış zamanı 2 kompyuter dəsti aşkar olunaraq götürülmüşdür.