Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
15.02.2013Fevralın 15-də saat 12.40 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində, Bakı şəhər sakini Emin Məmmədovun idarə etdiyi "BMW" və rayon sakini Heydər İbrahimovun idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə H.İbrahimov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.