Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə sakini Yasin Hüseynova məxsus evdə təbii qazın sızmasından partlayış baş vermişdir
15.02.2013Fevralın 15-də saat 23.25 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində, qəsəbə sakini Yasin Hüseynova məxsus evdə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə evin dam örtüyü, qapı və pəncərələri dağılmış, ev sahibi və onun qohumu Vüqar Nəbiyev isə yanıq xəsarətləri aldıqlarından xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.