Lənkəran şəhər sakini Ş.Məmmədovun evində tiryəkxana təşkil etməsi müəyyən edilmişdir
13.02.2013Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Şaiq Məmmədovun evində tiryəkxana təşkil etməsi müəyyən edilmişdir. Evdə onun özünün, rayon sakinləri Əliağa Əliyev, Azər Qurbanov, Fərhad Nuriyevin və Lerik rayon sakini Vüsal Həbibullayevin inyeksiya yol ilə heroin məhlulu qəbul etmələri aşkar edilmiş və onlar saxlanılmışlar. Evə baxış amanı 452,709 qram heroin, 50 ədəd istifadə edilmiş, 30 ədəd istifadə edilməmiş birdəfəlik şpris və narkotik məhlul hazırlamaq üçün qablar aşkar edilərək götürülmüşdür.