Bakı şəhər sakini K.Mirzəyevə məxsus çay evindən oğurluq etmiş şəxslər tutulmuşlar
13.02.2013Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-nə keçən gecə Bakı şəhər sakini Kamil Mirzəyevə məxsus "Vilvan" çay evindən 1 ədəd televizor oğurlamış şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tural Əliyev və Əli Məmmədov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin yanvar və fevral ayları ərzində Orxan Qəhrəmanova, İslam Yusifova məxsus mağazalardan, Elşən Əkbərova və Bəhruz Həsənova məxsus çay evlərindən oğurluq etmələri də müəyyən edilmişdir.