Hacıqabul rayon sakini Nazimməd Mirzəyev tutulmuşdur
05.02.2013Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il oktyabrın 29-da Murad Nəsibovu xuliqanlıq zəminində döymüş Hacıqabul rayon sakini Nazimməd Mirzəyev tutulmuşdur. Araşdırmalar zamanı N.Mirzəyevin M.Nəsibova qarşı zor tətbiq edərək, mobil telefonunu və geyim əşyalarını alması da müəyyən edilmişdir.