Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindəki çörəkbişirmə sexinin qazanxanasında təbii qazın sızmasından partlayış baş vermişdir
05.02.2013Fevralın 5-də saat 00.05 radələrində Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindəki çörəkbişirmə sexinin qazanxanasında təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə qazanxananın dam örtüyü və divarları dağılmış, orada işləyən rayon sakini Aynurə Abdullayeva aldığı xəsarətdən hadisə yerində ölmüşdür.