Sabirabad şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
31.01.2013Yanvarın 30-da Sabirabad şəhərinin ərazisində şəhər sakinləri Aqil Ələkbərzadənin idarə etdiyi "VAZ-21015" markalı və İxtiyar Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış İ.Əliyev, habelə A.Ələkbərzadənin sərnişinləri - Ramil Əliyev və Elnur Əsgərov xəstəxanaya yerləşdirilmişlər.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.