Şəmkir rayonu ərazisində su anbarının tikintisi ilə məşğul olan şirkətinə məxsus yataqxanada yanğın baş vermişdir
31.01.2013Yanvarın 31-də saat 01.00 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində su anbarının tikintisi ilə məşğul olan "Çingiz İnşaat" şirkətinə məxsus ümumi sahəsi 300 kv.m olan yataqxanada yanğın baş vermişdir. Nəticədə bütövlükdə yataqxananın yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra şirkətin 2 işçisinin yanmış meyitləri tapılmış, yanıq xəsarətləri almış 10 nəfər isə xəstəxanaya yerləşdirilmişlər. Onlardan 3 nəfərinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
Faktla əlaqədar cinayət işi başlanmışdır.