Suraxanı rayonu ərazisində yaşayan Elşən Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən Azər Məmmədov tutulmuşdur
21.01.2013Yanvarın 21-də Suraxanı rayonu ərazisində yaşayan Elşən Məmmədov 33-cü PB-nə müraciət edərək, yanvarın 20-də yaşadığı evin qarşısında, 2 naməlum şəxsin yumruqla onu vurub, içərisində 300 manat pul və danışıq kartları olan çantasını əlindən almağa cəhd gösətərməsini bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Məmmədov tutulmuşdur.