Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
21.01.2013Yanvarın 21-də saat 16.30 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində, şəhər sakini Telman Bədəlov "Mercedes" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə xəsarət almış T.Bədəlov və 5 nəfər sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan biri 1 yaşlı Ümid orada ölmüş, digərilərinə isə tibbi yardım göstərildikdən sonra buraxılmışlar.