Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini E.Ağayevə ölümcül bıçaq xəsarətlərinin ruhi xəstə olan Abdullayev qardaşları tərəfindən yetirilməsi müəyyən edilmişdir

20.01.2013

Yanvarın 20-də saat 20.00 radələrində Suraxanı rayonu ərazisində, şəhər sakini Elxan Ağayev bıçaq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyasına gətirilmiş və orada ölmüşdür. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Hövsan qəsəbə sakinləri ruhi xəstə Elnur Abdullayev və qardaşı ruhi xəstə Tural tərəfindən törədilməsi müəyyən edilmişdir. E.Abdullayev saxlanılmış, özünə bıçaqla xəsarət yetirmiş Tural isə 2 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirilmişdir. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

20.01.2013 tarixinə olan kriminal məlumatlar