Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitə ilə tutulmuş iki şəxsin avtomaşınlardan oğurluq törətməsi də müəyyən edilmişdir

20.01.2013

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Bəxtiyar Əsgərovdan 0,5 qram, Yevlax rayon sakini Xəyal Əsgərovdan isə 0,4 qram heroin götürülmüşdür. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların yanvarın 18,19 və 20-də şəhər sakinləri Fazil Məmmədova məxsus "VAZ-2106" markalı avtomaşından 1 ədəd mobil telefon, yaddaş kartı, habelə maqnitofonu, Alim Abdullayevə məxsus "QAZel" markalı avtomaşından maqnitofonu, İnqilab Şəfiyevə məxsus "QAZel" markalı avtomaşından 1 ədəd ehtiyat təkəri oğurlamaları müəyyən edilmişdir. Eləcə də, X.Əsgərovun Yevlax rayon sakini Anar Kərimovla birgə yanvarın 19-da Təbriz Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşından maqnitofonunu sökərək oğurlamaları da müəyyən edilmişdir. A.Kərimov da tutulmuşdur.

20.01.2013 tarixinə olan kriminal məlumatlar