Astara rayonunun Balaca Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.01.2013Yanvarın 19-da saat 15.00 radələrində Astara rayonunun Balaca Şahağacı kəndi ərazisində, rayon sakinləri Rüstəm Şahnamazovun idarə etdiyi "VAZ-2106" və Ülvi Əzizinin idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R. Şahnamazov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.