Ehtiyatsızlıq nəticəsində xəsarət almış Quba rayon sakini Mədim Poladov ölmüşdür
19.01.2013Yanvarın 18-də Quba rayonunun 1-ci Nügədi kəndi ərazisindəki daş karxanasında, orada işləyən rayon sakini Mədim Poladov traktoru təmir edərkən ehtiyatsızlığı nəticəsində xəsarət almışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Poladov yanvarın 19-da orada ölmüşdür.