Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17.01.2013Yanvarın 17-də saat 18.20 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində, Ağdaş rayon sakini Toğrul Nəsirzadənin idarə etdiyi "Mercedes" və Goranboy rayon sakini İnayət Abdullayevin idarə etdiyi "İsuzu" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış T.Nəsirzadə və sərnişini Sabirabad rayon sakini Rasim Nuriyev, habelə İ.Abdullayev xəstəxanaya yerləşdirilmişlər. Sərnişin orada ölmüş, sürücülərin vəziyyətləri isə qənaətbəxşdir.