Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad şəhərində yaşayan Qabil Qasımovun özünə məxsus aptekdə psixotrop maddələr siyahısına aid olan dərman preparatlarını qanunsuz olaraq satması müəyyən edilmişdir

17.01.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhərində yaşayan Qabil Qasımovun özünə məxsus aptekdə psixotrop maddələr siyahısına aid olan dərman preparatlarını qanunsuz olaraq satması müəyyən edilmişdir. Aptekə baxış zamanı psixotrop maddələr qrupuna aid olan 345 həb "Klonozepam", 10 ampula "Diazepam", 15 həb "Fenobarbital" 78 kapsul "Opidol", 100 həb "Fenozepam", 75 həb "Gluferal", 40 həb "Belotaminal", 66 həb "Tramadol", vərəm əleyhinə 1-ci qrup dərman pereparatlarına aid olan, dövriyyəsi qadağan edilmiş 60 kapsul "Rifamipsin", 40 həb "İzoneazit", 60 həb "Pirazenamit", İran İslam Respublikasından gətirilmiş, mənşəyi məlum olmayan 400 həb "Dimendiront", 149 kapsul "Preqabalin", 20 həb "Baclofen" və 98 həb "Modektin", 400 qram "Kaliy-Permanqanat" və 30 bükümdə "Lyuminal" dərman preparatları aşkar edilərək götürülmüşdür.

17.01.2013 tarixinə olan kriminal məlumatlar