Hacıqabul rayonunun Pirsaat Dəmir Yolu Stansiyasının çıxacağında yük qatarının 3 sistern-vaqonunun aşması nəticəsində xam neft ətrafa dağılmış və yanğın baş vermişdir
12.01.2013Yanvarın 12-də Hacıqabul rayonunun Pirsaat Dəmir Yolu Stansiyasının çıxacağında, Səngəçal-Tbilisi marşurutu ilə hərəkət edən yük qatarının (tərkibində 40 yanacaq daşıyan hər birinin tutumu 60 ton olan sistern-vaqon olmuşdur) 5 sistern-vaqonu relsdən çıxmış, onlardan 3-ü aşmış, xam neft ətrafa dağılmış və yanğın baş vermişdir. Nəticədə dağılmış xam neft yanmış, görülmüş tədbirlər nəticəsində digər vaqonlar yanğın dairəsindən uzaqlaşdırılmış, yanğın söndürülmüş, xəsarət alan olmamışdır.