Salyan rayon sakini Z.Nağıyevin qoyunlarını oğurlamış şəxslər tutulmuşlar
12.01.2013Salyan RPŞ və RMB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsdində yanvarın 12-də Kürqaraqaşlı kənd sakini Zaur Nağıyevə məxsus 4 baş qoyunu yardımçı təsərrüfatından oğurlamış həmyerliləri Tahir Mehdiyev, əvvəllər məhkum olunmuşlar Cəmil, Toğrul Bağırov və Qalib Məmmədov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların yanvarın 2-nə keçən gecə rayon sakinləri Mirabbas Əsədovun həyətindən 10 ədəd ev quşu, yanvarın 12-nə keçən gecə isə Yusif Əzizovun həyətindən 1 baş qoyun oğurlamaları da müəyyən edilmişdir.