Avtomaşın qaçırmış Orxan Məmmədov tutulmuşdur
28.12.2012Dekabrın 28-də Sumqayıt şəhərində yaşayan Elşən Ağayev polisə müraciət edərək, həmin gün evinin qarşısından, ona məxsus "VAZ-2107" markalı avtomaşının qohumu Orxan Məmmədov tərəfindən qaçırılmasını bildirmişdir. Qeyd edilən avtomaşını idarə edən O.Məmmədov Kürdəmir rayonu ərazisində RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və avtomaşın sahibinə qaytarılmışdır.