Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
28.12.2012Dekabrın 28-də saat 18.05 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, Ağsu rayon sakini Şahin Zeynalov "VAZ-2106" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Cahan Cəfərovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.