Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Özlərini polis əməkdaşı kimi təqdim edərək Abşeron rayon sakini Fazil Verdiyevdən pul tələb etmiş şəxslər tutulmuşlar

25.12.2012

Dekabrın 21-də Abşeron rayon sakini Fazil Verdiyev Qaradağ RPİ 10-cu PB-nə müraciət edərək, dekabr ayının 20-də, Lökbatan qəsəbəsi ərazisində özlərini polis əməkdaşları kimi təqdim etmiş 4 naməlum şəxsin ona məxsus "Hyundai" markalı avtomaşına oturub, avtomaşında narkotik vasitə tapmalarını bildirərək buraxılması müqabilində 5000 manat pul istəmələri, ondan 1600 manat pul aldıqdan sonra düşürüb, avtomaşında getmələrini bildirmişdir. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakinləri Tərlan Yahyayev, Anar Məmmədov, Bakı şəhər sakinləri Elnur İsayev, Gülnaz Bayramova, Elxan Hacıyev və Elşən Ramazanov tutulmuşlar.

25.12.2012 tarixinə olan kriminal məlumatlar