Masallı rayonunun Xıl kəndi ərazisində yol-nəqliyyat hadisəsi
25.12.2012Dekabrın 25-də saat 12.20 radələrində Masallı rayonunun Xıl kəndi ərazisində, Lənkəran rayon sakinləri Nizami Əmirovun idarə etdiyi "Mercedes-208" markalı mikroavtobusla, Vüqar Rəhimovun idarə etdiyi "Opel" markalı minik avtomaşını toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və N.Əmirovun 5 nəfər sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan biri - Tarifə Kərimzadə orada ölmüş, digərlərinə tibbi yardım göstərildikdən sonra buraxılmış, sürücülərin və 1 sərnişinin vəziyyəti isə ağırdır.