Şahin Talıbovun Masallı rayon sakini Ülvi Qüdrətzadənin ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açıdığı atəşdən ölməsi müəyyən edilmişdir
24.12.2012Dekabrın 20-də Yardımlı rayonunun Ləzir kəndinin meşə zolağında, Şahin Talıbovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ölməsi barədə verilmiş məlumatla əlaqədar araşdırmalar zamanı, onun Masallı rayon sakini Ülvi Qüdrətzadənin ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açıdığı atəşdən ölməsi müəyyən edilmişdir. Ü.Qüdrətzadə Yardımlı RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.