Quldurluq etmiş Oğuz rayon sakini Laçın Süleymanov, Xaçmaz rayon sakini Cəlil Hacıağayev və Tərtər rayon sakini Elgiz Məmmədov tutulmuşlar
24.12.2012Dekabrın 24-də saat 01.00 radələrində Xətai rayonu ərazisində, 3 naməlum şəxs Bakı şəhər sakini İbrahim Sadıqova məxsus "Opel" markalı avtomaşına oturub, metronun "Əhmədli" stansiyasına gedəcəklərini bildirmişlər. Onlar bıçaqla İ.Sadıqovun əl nahiyyəsindən xəsarət yetirib 70 manat pulunu aldıqdan sonra avtomaşından düşərək qaçmağa cəhd göstərərkən Çevik Polis Alayı və Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən tutulmuşlar. Onların Oğuz rayon sakini Laçın Süleymanov, Xaçmaz rayon sakini Cəlil Hacıağayev və Tərtər rayon sakini Elgiz Məmmədov olmaları müəyyən edilmişdir.