Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
20.12.2012Dekabrın 20-də saat 22.30 radələrində Abşeron rayonu ərazisində, Zərdab rayon sakini Böyükbəy Bayramov "VAZ-21074" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Əkrəm Abbasovu vurmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.