Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20.12.2012Dekabrın 20-də saat 16.00 radələrində Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində, rayon sakini Mövlan Əlifxanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu "Xan" kanalına aşırmışdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomaşın kanaldan çıxarılmış, sürücünün meyitinin tapılması istiqamətində tədbirlər davam etdirilir.