Dəm qazı və dərmandan zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər
20.12.2012Dekabrın 20-də Sumqayıt şəhər sakini Firuzə Həsənova, Abşeron rayon sakinləri Fərid Orucov, Aynur Cəfərova və qohumu Aybəniz Cəfərova, Nigar Fərhadova, oğlu 6 yaşlı Nahid və qızı 1 yaşlı Tahirə, Qurban Əbdüləzimov və qohumu Araz Əbdüləzimov, Kəpəz rayon sakini Fərhad Nəsirov evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.