Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.12.2012Dekabrın 17-də saat 08.00 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində, qəsəbə sakini Hafiz Nəcəfov "Otoyol" markalı avtobusu idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinlərdən Zəkiyyə Bəydəmirova hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər 8 nəfər sərnişin isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.