Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Xudayar Mirzəyev ölmüşdür
17.12.2012Dekabrın 16-da saat 21.00 radələrində Nəsimi rayonu ərazisində, Ağdam rayon sakini Sənan İsmayılzadə "VAZ 2106" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Xudayar Mirzəyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 17-də orada ölmüşdür.