Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

07.12.2006

Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Əzimovdan 6 kiloqram 700 qram marixuana, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Anar Əliyevdən 0,231 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Şamaxı rayon sakini Əhməd Muradovdan 1,04 qram tiryək və 0,74 qram həşiş, Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bülbülə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Cavid Zamanovdan 0,213 qram heroin, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyevdən 0,6 qram heroin və 42 qram marixuana götürülmüş, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə, şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Osmanov 7 kiloqram marixuananı satarkən tutulmuşdur.