Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları cinayətkar qrup yaxalamışlar

07.12.2006

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1978, 1980 və 1994-cü illərdə məhkum olunmuş, cinayətkar aləmdə xüsusi nüfuza malik və "Masallı Mamed" kimi tanınan, "qanunda oğru", Masallı şəhər sakini Məmməd Hüseynov və Lənkəran rayonunda anadan olmuş, Bakı şəhərində yaşayan Füzuli Ağayevdən ibarət cinayətkar qrup yaxalanmışdır. M.Hüseynovdan 1 ədəd "Makarov" tipli tapança və 8 ədəd patron, F.Ağayevdən isə 29,970 qram tiryək götürülmüşdür.