Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları cinayətkar qrup yaxalamışlar
07.12.2006Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1978, 1980 və 1994-cü illərdə məhkum olunmuş, cinayətkar aləmdə xüsusi nüfuza malik və "Masallı Mamed" kimi tanınan, "qanunda oğru", Masallı şəhər sakini Məmməd Hüseynov və Lənkəran rayonunda anadan olmuş, Bakı şəhərində yaşayan Füzuli Ağayevdən ibarət cinayətkar qrup yaxalanmışdır. M.Hüseynovdan 1 ədəd "Makarov" tipli tapança və 8 ədəd patron, F.Ağayevdən isə 29,970 qram tiryək götürülmüşdür.