Avtomaşın qaçırmış Gəncə şəhər sakini Zaur Həsənov tutulmuşdur
07.12.2012Dekabrın 7-nə keçən gecə Nizami (Gəncə) rayonunda yaşayan Elman Məmmədova məxsus "VAZ-21011" markalı avtomaşın qaçırılmışdır. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Həsənov tutulmuşdur.