Sumqayıt şəhəri ərazisində yol nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti müəyyən edilmişdir
07.12.2012Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da, Sumqayıt şəhəri ərazisində yol nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti müəyyən edilmişdir. Onlar Bakı şəhər sakini Kənan Ağabadayev, Sumqayıt şəhər sakini Elşən Aslanov və Rusiya Federasiyasının vətəndaşı Xabibat Quseynova olmuşlar.