Quldurluq etmiş Bakı şəhər sakini Həmid Məmmədov tutulmuş, qrupun digər üzvlərinin tutulması üçün tədbirlər davam etdirilir
04.12.2012Dekabrın 4-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki parkda, 3 naməlum şəxs qəsəbə sakini Toğrul Məmmədliyə qarşı zor tətbiq edərək mobil telefonu ondan almışdır. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Həmid Məmmədov tutulmuş, qrupun digər üzvlərinin tutulması üçün tədbirlər davam etdirilir.