Oğurluq etmiş Bakı şəhər sakinləri Saxavət Şəfiyev, Tural Qasımov və Qiyaməli Sadıqov tutulmuşlar
04.12.2012Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabrın 8-də Mahir Quliyevə məxsus mağazadan 800 manat pul, danışıq kartları, tütün məmulatı və görüntü kamerasını, dekabrın 1-də Səfərəli Tarverdiyevin mənzilindən isə 1 ədəd videokamera, parfumeriya və ev əşyalarını oğurlamış Bakı şəhər sakinləri Saxavət Şəfiyev, Tural Qasımov və Qiyaməli Sadıqov tutulmuşlar.