Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Eldar Hüseynov tutulmuş, digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir
03.12.2012Dekabrın 3-də Bakının Nizami rayonu ərazisində, 2 naməlum şəxs Efraiz Məmmədova qarşı zor tətbiq edərək, ondan 221 manat pul almışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Eldar Hüseynov tutulmuş, digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir.