Avtomaşın qaçırmış Binə qəsəbə sakini Xankərəm Ağayev qəza törətmişdir
03.12.2012Dekabrın 3-də saat 14.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən, qəsəbə sakini Xankərəm Ağayev, həmyerlisi Ağasif Abdullayevə məxsus "VAZ-2104" markalı avtomaşını qaçırmış və idarə edərkən, onu maneəyə vurmuşdur. Nəticədə avtomaşına qismən ziyan dəymiş, X.Ağayev isə Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən saxlanılmışdır.