Suraxanı rayonu ərazisində "Shacman" və "Camc-1345" markalı avtomaşınlar toqquşmuşdur
30.11.2012Noyabrın 30-da saat 21.00 radələrində Suraxanı rayonu ərazisində, Şərur rayon sakini Ələsgər Hüseynovun idarə etdiyi "Shacman" və Ağdam rayon sakini Elyar Rzayevin idarə etdiyi "Camc-1345" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ə.Hüseynov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.