Noyabrın 23-də paytaxtın Nizami rayonu ərazisindəki mağazadan oğurluq etmiş iki şəxs tutulmuşdur
30.11.2012Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Ramella Şahhüseynovaya məxsus mağazadan 1 ədəd noutbuk, danışıq kartları və tütün məmulatı oğurlamış Bakı şəhər sakinləri Taleh Mustafayev və Zaur Quliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2012-ci il oktyabrın 15-də Yaqub Şahbazlıya qarşı dələduzluq etmələri də müəyyən edilmişdir.