Gədəbəy rayon sakini İman İsmayılova bıçaqla xəsarət yetirmiş Mehman Hüseynov tutulmuşdur
22.11.2012Noyabrın 22-də Gədəbəy rayonunun Dəyirmandağ kəndi ərazisindən, rayon sakini İman İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini Mehman Hüseynov tutulmuşdur.