Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etmiş Bakı şəhər sakinləri Tural Bacanov və onun qardaşı Tərlan tutulmuşlar

22.11.2012

Noyabrın 22-də Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini  Elməddin Quliyevin "Daewoo" markalı avtomaşınına sərnişin qismində oturmuş 2 naməlum şəxs küt alətlə ona baş nahiyəsindən xəsarət yetirib, 80 manat pulunu almışdır. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Bacanov və onun qardaşı Tərlan tutulmuşlar.  Turaldan  1,7 qram,  Tərlandan isə 1,6 qram heroin götürülmüşdür. Araşdırmalar zamanı noyabrın 16-da Tofiqə Qasımova qarşı quldurluğun Tərlan və Tural Bacanov qardaşları tərəfindən törədilməsi də müəyyən edilmişdir.

22.11.2012 tarixinə olan kriminal məlumatlar