Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
05.11.2012Noyabrın 5-də saat 03.40 radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində, Ağdam rayon sakini Elşən Əliyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı səddə vurmuşdur. Nəticədə xəsarət almış sürücü və sərnişini Emin Məmmədov xəstəxanaya yerləşdirilmişlər. Sərnişin orada ölmüş, sürücünün vəziyyəti isə qənaətbəxşdir.