Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
05.11.2012Noyabrın 5-də saat 02.00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində, Bakı şəhər sakini İlham Həsənov "Nissan" markalı avtomaşını idarə edərkən onu yolu kənarındakı dirəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.