Gün ərzində 40 cinayət faktı qeydə alınmışdır
26.10.2012Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 40 cinayət faktı qeydə alınmış, onların da 17-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.