Tanışı İmran Cabbarova bıçaqla xəsarət yetirmiş Ağdam rayon sakini Cavid Mustafayev tutulmuşdur
26.10.2012Oktyabrın 27-də Bakının Nizami rayonu ərazisində, Ağdam rayon sakini Cavid Mustafayev münaqişə zəminində Bakı şəhər sakini, tanışı İmran Cabbarova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, C.Mustafayev Ağdam rayonu ərazisində RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur.