Sabunçu rayonu ərazisində Z.Əhmədovu döyərək ondan pul almış bir qrup şəxs tutulmuşdur
19.10.2012Oktyabrın 20-də Sabunçu Dəmir Yolu Stansiyasında, 3 naməlum şəxs Lerik rayon sakini Zaur Əhmədovu döyərək, ondan 230 manat pul almışdır. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş Sumqayıt şəhər sakini Məmməd Ağayev, Saatlı rayon sakini Cavid Mövsümov və Xocavənd rayon sakini Mirdamət Məmmədov tutulmuşlar.